Modern.az

Rusiya azərbaycanlıları Fuad Abbasovun qayıdışını gözləyir

Rusiya azərbaycanlıları Fuad Abbasovun qayıdışını gözləyir

Media

7 Sentyabr 2019, 17:18

Rusiyadan deportasiya olunan jurnalist Fuad Abbasov Bakıda keçirdiyi mətbuat konfrasından sonra bir müddətdir ki, ictimaiyyətin nəzərindən itib.

Modern.az jurnalistin atası Malik Abbasovla əlaqə saxlayaraq, oğlunun fəaliyyəti, gələcək planları barədə maraqlanıb.

 

“Moskvadakı, Ukraynadakı dostları deyir ki, sənsiz buralar məhv olub gedir, qayıt gəl. Fuad da deyir ki, deportasiya məsələmi həll edim, məmnuniyyətlə gələrəm. Hətta Avropada, İrandakı dostları da deyir ki, Rusiyaya qayıt, 3 milyon azərbaycanlı səni gözləyir. Fuad hazırda "Misra" internet televiziyasında fəaliyyətini davam etdirir”.

 

Qeyd edək ki, bu il mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb.  İyun ayında jurnalist Bakıya deportasiya edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir