Modern.az

Tac-Mahal gecə ziyarətinə açıq olacaq

Tac-Mahal gecə ziyarətinə açıq olacaq

7 Sentyabr 2019, 20:47

Turistlərin çoxsaylı müraciətlərinə əsasən, Hindistan hakimiyyəti Tac-Mahalı gecə ziyarətinə açmağı planlaşdırır.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, orta hesabla Tac-Mahalı hər gün 22 min adam ziyarət edir.

Məlumata görə, bəzən bu rəqəm gündə 50 minə çatır. Bu problemi həll etmək üçün insanların məqbərədə çox uzun qalmağına görə cərimələr tətbiq olundu - içəridə üç saatdan çox qalmaq qadağandır. Ancaq indi yerli hakimiyyət gün batandan sonra turistlər üçün Tac-Mahal açmaq istəyir.

Hazırda ağ mavzoleyi ayda yalnız beş dəfə gecələr ziyarət etmək olur: bədirlənmiş aylı gecədə, ondan öncəki və sonrakı dörd gecədə.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir