Modern.az

İran Almaniya şirkətindən  9,9 milyon dollara təyyarə alır

İran Almaniya şirkətindən  9,9 milyon dollara təyyarə alır

8 Sentyabr 2019, 00:39

İran Almaniya şirkətindən uçuşa nəzarət təyyarəsinin satın alınması ilə əlaqədar 9,9 milyon dollar dəyərində müqavilə imzalayıb.

Modern.az "Trend"ə istinadən xəbər verir ki, bunu İranın Aeroportlar və Hava Nəqliyyatı Şirkətinin icra direktoru Siyavuş Əmir Mokri deyib.

S.Əmir Mokrinin sözlərinə görə, Almaniya şirkəti ABŞ-ın İran əleyhinə tətbiq etdiyi sanksiyalara görə elan edib ki, hər bir satıcı şirkəti bu təyyarəni istehsalçı şirkətdən sifarişlə satın ala bilər.

Əmir Mokri əlavə edib ki, hazırda təyyarənin təmin olunması üçün üçüncü şirkətlə müzakirələr aparılmaqdadır və nəticə də əldə olunub.

Qeyd edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib və sanksiyalar siyahısını bir neçə dəfə genişləndirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir