Modern.az

“Qarabağ” Kamçatkada qələbə qazandı – FOTOLAR

“Qarabağ” Kamçatkada qələbə qazandı – FOTOLAR

Diaspor

8 Sentyabr 2019, 09:25

Rusiya Federasiyasının Kamçatka diyarında yaşayan millətlərin 2 həftə əvvəl başlayan futbol yarışı başa çatıb.

 

Modern.az xəbər verir ki, futbol yarışında azərbaycanlılar, ruslar, ukraynalılar, belaruslar, dağıstanlılar, türklər, qırğızlar, özbəklər, qazaxlar və kürdlər mübarizə aparıb.

 

Verilən məlumata görə, keçirilən yarışda Kamçatkada yaşayan  azərbaycanlıların komandası – Qarabağ qalib olub.

 

Oyunların keçirilməsi ilə bağlı təklif Kamçatkada yaşayan azərbaycanlıların “Azəri” İctimai Birliyinin sədri Ramazan Hüseynov tərəfindən irəli sürülüb.

 

Kamçatka Azərbaycan Diasporunun rəhbəri Zahid Bəşirov bildirib ki, Azərbaycanın“Qarabağ” Futbol Klubu ilə də əlaqə yaratmağa çalışacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır