Modern.az

Azərbaycan bu ölkənin neftə olan ehtiyacının 91%-ni ödəyir

Azərbaycan bu ölkənin neftə olan ehtiyacının 91%-ni ödəyir

9 Sentyabr 2019, 10:55

Ukrayna 2019-cu ilin 8 ayında xaricdən aldığı neftlə bağlı statistikanı açıqlayıb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, yanvar-avqust aylarında ölkəyə 482,155 min ton neft daxil olub. Bunun üçün Ukrayna 249,578 milyon dollar vəsait ödəyib.

 

Ukrayanın neftə olan tələbatının 91,85%-ni Azərbaycan nefti ödəyib. Kiyev rəsmiləri buna görə Azərbaycana 229,234 milyon dollar ödəyib. ABŞ-dan analoji dövrdə 15,049 milyon dollar (6,03%), Qazaxıstandan 2,596 milyon dollar (1,04%), başqa ölkələrdən isə 2,699 milyon dollar (1,08%) vəsait ödənib.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı