Modern.az

Qarabağ icması bəyanat verdi: “Xunta “rəhbərləri”nə bildiririk ki...”

Qarabağ icması bəyanat verdi: “Xunta “rəhbərləri”nə bildiririk ki...”

Qarabağ

9 Sentyabr 2019, 11:52

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal edilmiş ərazilərimizdə keçirilmiş “yerli özünüidarəetmə orqanlarına seçkilər”lə əlaqədar bəyanat verib.

Modern.az-a daxil olan bəyanatda deyilir:

“Azərbaycan   Respublikasının  işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 8 sentyabr 2019-cu   il   tarixində   “yerli   özünüidarəetmə   orqanlarına   seçkilər”   adı   altında növbəti “seçki şousu” təşkil edilmişdir. Reallıq hissini itirmiş təcavüzkar Ermənistan və əlaltısı olan cinayətkar Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur, heç bir hüquqi əsası yoxdur və demokratiya və seçki adına böyük bir təhqirdir. Qondarma xuntanın saxta “rəhbərləri” olan Bako Saakyan, Aşot Qulyan və onların ətrafındakı digər demokratiya “əzabkeşləri“nə bildiririk ki, onların demokratiya pərdəsi altında gizlənmək niyyətləri istehza doğurur və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən   işğal   edildiyi   və   etnik   təmziləmənin   həyata   keçirildiyi   bir   şəraitdə   bu “seçkilər”   nəticəsi   beynəlxalq   ictimaiyyət   tərəfindən   tanınmayan   və   təcavüzkarı növbəti dəfə ifşa edən bir şoudur. Əslində işğalçı Ermənistan və qanlı xunta belə“seçkilər”   keçirməklə   beynəlxalq   ictimaiyyəti   deyil,   yalnız   özü-özlərini   aldatmaqla məşğul olur.   

Saxta   “seçkilər”   həmçinin   Ermənistan   hakimiyyəti   və   qondarma   rejim   arasında ixtilafların   mövcudluğunu   bir  daha   açıq   şəkildə   büruzə   verdi.   Bundan   isə   əziyyət çəkən   Azərbaycanın   Dağlıq   Qarabağ   bölgəsinin   azərbaycanlı   icması   ilə   bərabər, həm də elə erməni icmasıdır. Tam əminik ki, Dağlıq Qarabağda yaşayan ermənilər, Azərbaycan   Respublikasının   beynəlxalq   səviyyədə   tanınmış   sərhədləri   bərpa olunduqdan sonra geriyə dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin konstitusiyası və bələdiyyələr haqqında qanunlarına uyğun olaraq yerli özünüidarəetmə orqanlarına keçiriləcək qanuni seçkilərdə iştirak edəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı