Modern.az

Rəsmi Bakını hiddətləndirən “prezident” qorxub vitse-spikerə məktub yazdı

Rəsmi Bakını hiddətləndirən “prezident” qorxub vitse-spikerə məktub yazdı

Qarabağ

9 Sentyabr 2019, 13:56

Beynəlxalq müstəvidə tanınmamış regionları öz sıralarında birləşdirən “ConİFA” futbol təşkilatının prezidenti Saşa Dürkop rəsmi Bakının reaksiyasından qorxuya düşüb.

 

Modern.az xəbər verir ki, bu ilin yayında işğal altındakı Qarabağ torplaqlarında qanunsuz “Avropa çempionatı” keçirən və bölgəyə səfər edən almaniyalı futbol funksioneri Azərbaycana ekstradisiya olunmaqdan çəkinir. Belə ki, o, Azərbaycan qanunlarını pozduğu üçün Bakıya ekstradisiya olunacağı ilə bağlı Almaniyadakı Azərbaycan səfirliyindən məktub aldığını bildirib.

 

Dürkopun qorxusu o qədər böyük olub ki, o, Almaniya parlamentinin vitse-spikeri Tomkas Oppermana məktub ünvanlayaraq, ondan bu məsələdə yardım istəyib. Yalnız vitse-spikerin onun heç hara ekstradisiya olunamayacağı barədə vədindən sonra Saşa Dürkop mənəvi rahatlıq tapa bilib. 

Vitse-spiker onu əmin edib ki, narahat olmasın, Almaniya öz vətəndaşını Bakıdakı hansısa məhkəməyə görə, heç vaxt Azərbaycana verməz.

 

Xatırladaq ki, tanınmamış "respublikalar" arasında "Avropa Çempionatı" 2019-cu il iyunun 1-dən 9-na kimi işğal altındakı Qarabağ torpaqlarında keçirilib. Turniri 2013-cü ildə yaradılan və Saşa Dürkopun prezidenti olduğu Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası (CONİFA) təşkil edib.

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı