Modern.az

Belarus müxalifəti Polşadan maliyyələşdirilir?

Belarus müxalifəti Polşadan maliyyələşdirilir?

13 Fevral 2012, 17:05

Dövlət televiziyasında nümayiş etdirilən filmdə ciddi ittihamlar öz əksini tapıb

Belarusun dövlət televiziyasında polşalı diplomatlarının bu ölkənin müxalifəti ilə əlaqələrini əks etdirən “Polşa dərsləri” adlı film nümayiş olunub. Modern.az saytı Rusiya kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, filmin müəllifləri bəyan ediblər ki, Polşa öz səfirliyi vasitəsilə Belarus müxalifətini maliyyələşdirir.

Filmdə Belarusun müxalifətdə olan siyasətçilərinin Polşa səfirliyinin binası ərtafındakı video görüntüləri də öz əksini tapıb. Məlumatda qeyd edilir ki, onlardan biri prezidentliyə keçmiş namizəd Alesya Mixayleviç olub (o, 2010-cu ilin sonlarında həbs olunub, buraxıldıqdan sonra ölkədən çıxmaqla bağlı iltizam alınsa da, qaçıb, digər bir iddiaya görə, Belarus Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları onu ələ almağa cəhd də ediblər).

Filmin müəlliflərinin məlumatına görə, sənədlərdən biri göstərir ki, 2010-cu ilin dekabr ayında keçirilən prezident seçkilərindən əvvəl müxalifəti təmsil edən namizədlərdən biri-Vladimir Neklyayevə Polşa Xarici İşlər Nazirliyi 80 min avro ayrılmasını qərara alıb. Bu məbləğin seçkidən sonrakı aksiyalar üçün nəzərdə tutulduğu iddia edilir.

Polşa tərəfi dəfələrlə Belarus müxalifətini dəstəklədiyini bəyan edib. 2011-ci ilin əvvəllərində Polşa XİN-nin təşkil etdiyi “Belarusda vətəndaş cəmiyyətinin dəstəklənməsi” adlı beynəlxalq konfrans üçün 87 milyon avro ayrılmışdı. Varşavada isə Belarusun daxili işlərinə qarışmaq və hakimiyyətin devrilməsinə cəhdlər təkzib edilir.

V.Neklyayev də filmdə səslənən ittihamların növbəti böhtan olduğunu bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi