Modern.az

Tanınmış jurnalistin tələbə oğlu Prezident təqaüdünə layiq görüldü - FOTO

Tanınmış jurnalistin tələbə oğlu Prezident təqaüdünə layiq görüldü - FOTO

10 Sentyabr 2019, 10:20

Builki qəbul imtahanlarında II ixtisas qrupu üzrə 1 abituriyent maksimum nəticə göstərmişdi.

Modern.az xəbər verir ki, həmin abituriyent tanınmış jurnalist, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynlinin oğlu Qorxmaz Səfərovdur.  

674.6 balla ali məktəbə qəbul olunmuş Qorxmazla bağlı daha bir sevindirici hadisə dünən baş verib. Belə ki, Qorxmaz Prezident təqaüdünə layiq görülən 102 tələbə sırasına daxil edilib.


Q.Səfərov 28 yanvar 2003-cü ildə Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonunun Mərzili kəndindəndir. 2019-cu ildə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Kəlbəcər rayon 56 saylı tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib.

Buraxılış imtahanlarında 274.6 bal, qəbul imtahanlarında isə riyaziyyat, coğrafiya və tarix fənlərinin hər birindən maksimum nəticə əldə edərək ən yüksək göstəriciyə - 400 bal qazanmağa nail olub.

 
Qorxmaz Səfərov 674.6 balla  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə (ingilis dilində) fakültəsinə qəbul olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub