Modern.az

Saakaşvili: “Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar aparılmalıdır”

Saakaşvili: “Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar aparılmalıdır”

24 Dekabr 2009, 12:49

Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın “Exo Moskvı” radiostansiyasına verdiyi müsahibədə Gürcüstan – Rusiya münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli problemi də daxil bır sıra beynəlxalq və regional xarakterli məsələlərə münasibətini açıqlayıb.

Modern.az-ın “Exo Moskva” radiosuna istinadən yaydığı məlumata görə,  Saakaşvili Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı maraqlı fikir söyləyib. Jurnalistin  “ Sizə elə gəlmir ki, Rusiya Qarabağ kartından istifadə edir?” sualına cavabında prezident aşağıdakıları deyib:

 

”Bütün bu illər  ərzində mən avropalı diplomatların “biz artıq irəliləyiş əldə etmək üzrəyik” kimi çox nikbin fikirlərini eşitmişəm. Və həmişə mənə elə gəlib ki, bunlar arzu olunanların reallıq kimi qələmə verilməsi olub. Problem mürəkkəbdir  və problemin əsas açarı Rusiyadadır. Baxmayaraq ki, əlbəttə ki, obyektiv problemlər də var.  Və bütün problemlərin həlli üçün bir resept var – Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar aparılması və beynəlxalq hüqüq, o cümlədən  insanların öz yaşayış yerlərinə qayıtlmaq hüququ, dövlət müstəqilliyinə hörmət prinsiplərinin nəzərə alınması vacibdir. Buna görə də əlbəttə ki, nə qədər ki,  bu vəziyyət uzun müddət qalacaq, onda gərginliyin yaranması potensialı həmişə olacaq.

 

İnkişaf üçün isə mən hesab edirəm ki, tərəflər danışıqlar aparmalıdır, xalqlar ünsiyyət saxlamalıdır, bu mənada Türkiyə və Ermənistan arasında aparılan danışıqları, əlbəttə ki, Azərbaycanla koordinasiya etmək lazımdır. İstənilən halda danışıqlar həmişə yaxşıdır,  hansısa proqresin özü belə, hər zaman müsbətdir. Bu isə  perspektivi görməyə imkan verir; insanlar ünsiyyətə başlayır, ticarət edir və bir-birinə alışırlar. Bu problemləri saxlayan nədir? Bütün bu problemlər tikanlı məftllər və minalanmış sahələrlə özünü saxlayır.  Minalanmış sahələr, tikanlı məftillər olmayan zaman insanlar bəzən hökumətlərin iştirakı olmadan belə öz məsələlərini həll edə bilərlər”.

 

Rusiya - Gürcüstan münasibətlərindən danışan prezident qeyd edib ki, tərəflər iki  bərarəbər hüquqlu dövlətlər kimi razılaşa bilərlər. “Bundan ötrü vacibdir ki, Rusiya bir dövlət kimi Gürcüstan dövlətini tanısın. Lakin onlar nə  Gürcüstanın demokratik yolla seçilmiş prezidentini, nə də Gürcüstanı bir dövlət kimi tanımaq istəmirlər”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?