Modern.az

Arzu Rəhimov Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən çıxarıldı

Arzu Rəhimov Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən çıxarıldı

13 Fevral 2012, 21:27

Prezident İlham Əliyevin fevralın 13-də imzaladığı sərəncamla Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilib.

İlham Əliyevin digər sərəncamı ilə Arzu Rəhimov yeni yaradılan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Dövlət başçısının daha bir sərəncamı ilə Firudin Hilal oğlu Nəbiyev Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.

Modern.az-ın məlumatına görə, general-mayor Firudin Nəbiyev bu təyinatadək Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini vəzifəsini tuturdu.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?