Modern.az

Sovet vaxtı müstəqillik istəyən bəziləri indi soveti arzulayır

Sovet vaxtı müstəqillik istəyən bəziləri indi soveti arzulayır

Aktual

14 Fevral 2012, 09:13

Sovet dövründə müstəqil Azərbaycanın vətəndaşı olmaq dünyanın əvəzsiz neməti sayılırdı. Müstəqillik əldə ediləndən sonra isə bəzi insanlarda o hisslər zaman-zaman dəyişməyə başladı və onlar indi də sovet dönəmini arzulayırlar. Bəzi vətəndaşların  mövqeyində milli düşüncələrə yad elementlər göründü, Azərbaycançılıq mövqeyi itməyə başladı. Düzdür, belə insanlar azlıq təşkil edir. Ancaq bircə vətəndaşda belə mövqe Azərbayacana qarşı olan qüvvələrinki ilə eynidirsə, demək ki, ciddi problem var. Bu baxımdan indiki bəzi gənclərin də mövqeyində xeyli çatışmazlıqlar formalaşıb.

Bunun səbəbini Milli Məclisin deputatı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradovdan soruşduq.

Deputatın sözlərinə görə, bu gün hər birimiz azərbaycanlı olaraq bilməliyik ki, ərazi bütövlüyümüzün bərpası hamımız üçün prioritetdir: “Bunu şagird də, tələbə də, ictimai xadim də, deputat da belə qəbul etməlidir. Söhbət düçüncəsində fiziki qüsuru olmayan vətəndaşdan gedir. Ona görə də hansı mövqe tutmağımızdan asılı olmayaraq həqiqətlərimizi əlimizə düşən bütün tribunalardan səsləndirməliyik. Başa düşürəm ki, bu, asan deyil. Bu gün dünya mediası sadiq ideya ilə işləmir. Bütün dünya mediası bu gün biznes-kommersiya əsasında çalışır. Amma buna baxmayaraq, biz əlimizdən gələni etməliyik. Bu, həm də Azərbaycan vətəndaşının özünü tanıtması deməkdir. Bu gün Azərbaycan cəmiyyəti bütövlüklə başa düşməlidir ki, ərazi bütövlüyünün itirilməsi nə deməkdir”.

Deputat bu məsələdə Azərbaycan jurnalistikasından razılıq edir: “Biz də bütün ölkələrin parlamentləri ilə gecə-gündüz iş aparırıq ki, ölkə başçısının siyasətini həyata keçirək.  Azərbaycan reallıqları, Qarabağ məsələsində irəliləyişlər olsun, lazımi sənədlər qəbul edilsin. Bu, bizim yanaşmadır. Amma mən bəzən əlinə fürsət düşəndə vətəndaşlıq mövqeyindən çıxış etməyənlərə təəccüblənirəm. Yanaşmları budur. Vətəndaş öz ölkəsini necə pisləyə bilər? Vətəndaş ölkəsində keçiriləcək və Azərbaycan musiqisinin müxtəlifliyini dünyaya çatdıracaq “Avroviziya” kimi beynəlxalq bir tədbirin necə əleyhinə çıxa bilər? Bunun düşmənçilikdən başqa adı varsa, deyin biz də bilək. Əksinə, vətəndaş istəməlidir ki, onun ölkəsinin nümayəndəsi yenidən bu yarışmanın qalibi olsun. Bütün böyük ölkələr buna çalışır. Qalib olub, bayrağının dalğalanmasının nəyi pisdir. Bir də görürsən yazırlar ki, “Avroviziya” Azərbaycana ancaq bədlik gətirir. Axı  məsələyə belə yanaşmaq olmaz. Bu il Azərbaycanda beynəlxalq səviyyəli tədbir keçiriləcək. Bu, pisdirmi...? Azərbaycanda gedən islahatları, Azərbaycanda gedən inkişafı ayrı-ayrı ölkələrin vətəndaşları gəlib öz gözləri ilə görəcəklər”.

Deputat bəzi vətəndaşların mövqeləri ilə razılaşmır. Qeyd edək ki, çox vaxt belə mövqe dövlətin öz vətəndaşının istədiyini verə bilməməsindənmi irəli gəldiyi iddia edilir. 
F.Muradovun bu məsələdə arqumentləri belədir: “Biz hamımız Azərbaycanda yaşayırıq və ölkədə olan problemləri bilirik. Biz Azərbaycanda bunun üçün müxtəlif islahatlar həyata keçiririk. Ola bilsin ki, bəzi məmurlar öz vəzifələrini düzgün həyata keçirmirlər. Ancaq bunun üçün də tədbirlər görülür. Korrupsiya və rüşvətxorluq Azərbaycanda var. Ancaq bu gün bütün dövlət qurumları bununla mübarizə aparır. Başqa cür necə yanaşma olmalıdır məsələyə? Biz bəyəm Azərbaycandakı problemi bilmirik? Biz də çalışırıq ki, bu məsələləri proqramla həll edək.
Elə qüvvələr var ki, istəmirlər Azərbaycanda qaçqın və məcbui köçkünlər məsələsi və Qarabağ məsələsi həll olunsun. Ermənilər bunun üçün gecə-gündüz çalışır.
Azərbycan cəmiyyətində milli vətəndaş yanaşması necə olmalıdır? Necə formalaşmalıdır? Siz bilirsiniz ki, mən bu məsələ ilə bağlı çalışmışam ki, hər zaman birlik istiqamətinndə danışım. İstəyirik ki, bütün Azərbaycan vətəndaşlarının azərbaycançılıq mövqeyi olsun. Azərbaycanın gələcəyi var. Biz bu gün torpağı işğal altında olan vətəndaşıq. Bunu da nəzərə almaq lazımdır. Güclü, bic və hiyləgər ölkələrlə üz-üzəyik. Jurnalistlərimiz Qarabağla bağlı vacib olan məsələləri gecə-gündüz gündəmə çıxarırlar. Çalışırlar ki, hər bir məsələdə, Qarabağla bağlı hər hansı bir istiqamət olsun, onu beynəlxalq mediaya çıxarsınlar”.

Fuad Muradov burada varlı, kasıb məsələsinin rol oynamasını qəbul etmir: “Azərbaycan torpağı hər bir insanın torpağıdır. Varlı və kasıb, alim və fəhlə, heç bir fərq yoxdur. Bu, bizim hər birimizin torpağıdır. Hər bir yeni doğulan insanın artıq şüuraltı fikrində Azərbaycan var. Bu genetik olaraq ona keçir. Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın böyük dövlət olması... Biz bu ideya ilə yaşayırıq ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bəli, Azərbaycanda bir sıra problemlər mövcuddur. Amma bu o səviyyədə deyil ki, onu hansısa beynəlxalq mediaya çıxarasan, Azərbaycanın gerçək problemi haqqında danışmıyasan. Bilirsiniz, kimin kim olduğunu Azərbaycan cəmiyyəti və gəncləri yaxşı bilir. Mən heç bir siyasi partiyanın üzvü deyiləm. Ayda bir dəfə Facebookdakı dostlarla görüşürəm. Mən soruşmuram onlar hansı partiyanın üzvləridirlər və hansı fikirləri var. Gəlirlər, suallar verirlər, dinləyirik və mövqeimizi bildiririk. Bu gün cənab Prezident hər bir görüşündə - fərqi yoxdur hansı istiqamətlərlə bağlı olsun, hər yerdə Azərbaycanın ərazi bütövlüyü və Qarabağın işğalından danışır. Bəli, bu bir çox dövlətlərin xoşuna gəlmir. Xaricdə də bizə açıq deyirlər ki, “siz bura gələn kimi başlayırsınız Qarabağdan danışmağa. Bəyəm, başqa məsələ yoxdur?”. Biz deyirik var. Amma bu məsələ bizim üçün, gələcək nəslin formalaşması üçün, Azərbaycanın möhkəm vətəndaş cəmiyyəti olması üçün lazımdı. Buna görə biz Qarabağ məsələsindən danışırıq, danışmalıyıq…”.

Anar KƏLBİYEV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir