Modern.az

Azərbaycan filmi Dominikan Respublikasıında “Şərəf” adına layiq görülüb

Azərbaycan filmi Dominikan Respublikasıında “Şərəf” adına layiq görülüb

Aktual

11 Sentyabr 2019, 10:58

Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunmuş və dünyada böyük maraq doğurmuş “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi daha bir beynəlxalq festivalda qələbə qazanıb.

 

Bu barədə Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib:



Belə ki, Azərbaycan filmi Dominikan Respublikasında keçirilən “Internacional De Cortometrajes Libelula Dorada” Festivalında “Sənədli film” kateqoriyasında xarici dil üzrə “Şərəf” adına layiq görülüb.


Cəlaləddin Qasımov xatırladıb ki, Nobel qardaşlarının Azərbaycanda geniş fəaliyyəti olub.

“Onlar  gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etmişdi. Nobel qardaşlarından Robert Nobel Azərbaycana qoz ağacı axtarmağa gəlir. Lakin Bakı neftini görür və “Nobel qardaşları” firmasını yaradır. “Nobel qardaşları” firması ilə rəqabət aparan iri neft sənayesi sahiblərindən biri Hacı Zeynalabdin Tağıyev idi. Nobellərin ən inandığı, hörmət etdiyi şəxsiyyət də elə Tağıyev olub. 1875-ci ildə “Nobel qardaşları” firmasının əsası qoyulur. Robert Nobel ilk olaraq Bakının “Qara şəhər” adlanan sahəsində 25 min rubla kiçik bir zavod alır. 1918-ci ildə onun sərvətinin miqdarı 45 milyona çatmışdı. Hesablamalara görə, həmin vəsait bu günkü məzənnə ilə 32 milyard ABŞ dolları edir. Nobel qardaşlarının gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etməsini çox az adam bilir.
“Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. Filmin çəkilişləri 17 mart 2019-cu ildə başa çatıb. Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Məmmədovdur. Mətni Eldost Bayram oxuyub”. 

 

“İnternacional De Cortometrajes Libélula Dorada” festivalında mukafat alan filmlərin siyahısı ilə aşağıdakı səhifədən tanış ola bilərsiniz:


//www.facebook.com/FICLD/photos/pcb.2497667810465676/2497667623799028/?type=3&theater

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı