Modern.az

Azərbaycan Türkiyədən “ağıllı sayğac” alacaq - İsti suya görə

Azərbaycan Türkiyədən “ağıllı sayğac” alacaq - İsti suya görə

11 Sentyabr 2019, 11:24

“Azərbaycanda istilik enerjisindən istifadə qaydaları hazırlanıb. İsti su ödənişlərinin sayğac göstərişinə əsasən yığılması üçün hökumətin qərarı gözlənilir”.


Bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Azəristiliktəchizat” ASC Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.


R.Əliyev deyib ki, qaydalar hökumət tərəfindən təsdiq olunduqdan sonra sayğaclarla bağlı məsələlər aydınlaşacaq:


“Qaydalara əsasən, hansı sayğacların istehlakçılar, hansıların enerji təchizatı təşkilatı tərəfindən qurşadırılacağı müəyyənləşəcək. Kommunal xidmətlərin inkişafına dair strateji yol xəritəsinin monitorinqinin hesabatında da göstərildiyi kimi, sayğaclar ilkin olaraq büdcə təşkilatlarında tətbiq ediləcək. Pilot layihə olaraq büdcə təşkilatlarına ilk sayğacların növbəti ildən quraşdırılmasına başlanılacaq. Növbəti mərhələlərdə isə bütün istifadəçilərin sayğacla təmin edilməsi planlaşdırlır”.


Onun sözlərinə görə, sayğac sistemi işə düşdükdən sonra ödənişləri vaxtında etməyən abonentlərin istiliklə təminatı avtomatik dayandırılacaq:


“Amma bu sistemin işə düşməsi üçün kifayət qədər vaxt lazımdır. Əvvəlcə Mənzil Müştərək Cəmiyyətləri formalaşdırılmalı və müqavilə əsasında ümumi binaya bir sayğac qoyulmalıdır”.


Qurum rəsmisi qeyd edib ki, sayğac quraşdırılmasının bu mövsümdə başlanması gözlənilmir.


Məlumat üçün bildirək ki, bir müddət əvvəl “Azəristiliktəchizat” ASC ilə Türkiyənin  "ağıllı sayğac" istehsalı üzrə ixtisaslaşmış  "EUROMET"  şirkətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə istilik və isti sudan səmərəli istifadə edilməsi, onların sərfiyyatının tənzimlənməsi və fərdi uçotunun dəqiq aparılması məqsədilə yaşayış binaları   və sosial obyektlərdə istilik və isti su sayğaclarının quraşdırılmasının zəruriliyi və istifadə olunacaq sayğacların dövlət standartlarına uyğun dövrü olaraq yoxlamadan keçirilməsi məqsədi ilə  sınaq və kalibrləşmə laboratoriya avadanlıqlarının  quraşdırılması ilə bağlı məsələlər müzakirə olunub və birgə "Pilot layihə"nin həyata keçirilməsi qərara alınıb.

Rəmi məlumata görə, istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, Bakı şəhərində noyabrın 15-dən başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?