Modern.az

“Azərenerji” “Cənub” Elektrik Stansiyasına 26 kilometrlik qaz kəməri çəkib - VİDEO

“Azərenerji” “Cənub” Elektrik Stansiyasına 26 kilometrlik qaz kəməri çəkib - VİDEO

11 Sentyabr 2019, 12:58

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya proqramına” uyğun olaraq Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasına Hacıqabul rayonunda yerləşən qaz paylayıcı stansiyadan 26 kilometr məsafədə 530 millimetlik borularla yeni qaz kəməri çəkib və artıq istismara verib. 

 

Modern.az xəbər verir ki, bu günə qədər “Cənub” Elektrik Stansiyasında hər birinin gücü 5,7 meqavat olmaqla 2 ədəd qaz kompressoru işləyirdi və onlar turbinə ötürmək üçün qazın təzyiqini 13 atmosferdən 28 atmosferə qədər qaldırmalı olurdu. Buna görə həm stansiyanın işində problemlər yaranır, həm də orta hesabla ay ərzində 8 milyon kilovat saat elektrik enerjisinin sərfinə gətirib çıxarırdı. Yeni xətt istismara verildiyindən indi qaz kompressora deyil, birbaşa turbinə daxil olur və həmin kampressorların işləməsinə ehtiyac qalmır. Bununla da ilk növbədə “Cənub” Elektrik Stansiyasının etibarlığı və dayanıqlığı artır, eyni zamanda istehsal prosesində sərf edilən aylıq 8 milyon kilovatsaat elektrik enerjisinə qənaət edilir və əvəzində həmin elktrik enerjisi ümumi sistemə ötürülür.

 

Qeyd edək ki, bu günə qədər “Reabilitasiya Proqramı” çərçivəsində “Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına 108 km məsafədə 220 kV-luq yüksək gərginlikli yeni elektrik verilişi xətti çəkilib. Bu isə Bakı şəhərinin elektrik enerjisi ilə təchizatının etibarlığı və dayanıqlığını gücləndirib. Eyni zamanda ötən ilin iyul ayının 3-də enerjisistemdə baş verən qəza nəticəsində sıradan çıxan 330/220/6 kV-luq avtotransformator təmir edilərək “Cənub” Elektrik Stansiyasındakı yerinə quraşdırılıb. Ümumilikdə “Cənub” Elektrik Stansiyasının qazanlar, turbinlər və başqa avadanlıqlarda həyata keçirdiyi təmir-sazlama işləri nəticəsində stansiyanın gücü 520 meqavatdan 720 meqavata qaldırılıb və bununla da 200 meqavat “itirilmiş” güc bərpa olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir