Modern.az

Təhsil naziri bəzi direktorlara XƏBƏRDARLIQ ETDİ

Təhsil naziri bəzi direktorlara XƏBƏRDARLIQ ETDİ

11 Sentyabr 2019, 13:45

“Bütün məktəblərdə tam orta təhsil səviyyəsində təhsilin yüksək səviyyədə təşkil edilməsi əsas hədəflərimizdəndir. Ancaq apardığımız təhlillər zamanı fərqli mənzərə görürük".

Modern.az-ın məlumatına görə, bu fikirləri Təhsil naziri Ceyhun Bayramov  təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, təhsili yüksək səviyyədə təşkil edə bilməyən məktəblər də var:

"Bəzi məktəblərdə arxayınçılıq var ki, məzunlar əlavə hazırlıq hesabına buraxılış və qəbul imtahanlarına müstəqil şəkildə hazırlaşa bilərlər. Artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin edilməsinin zamanı yetişib. Çünki bu gün məktəb rəhbərlərinin, yerli təhsil idarəetmə orqanları rəhbərlərinin əllərində olan alətlərin sayı qanunvericiliyə edilən dəyişiklik nəticəsində son bir neçə il ərzində xeyli artıb".

Ceyhun Bayramovun sözlərinə görə, bu gün şagirdlərin meyl və maraqları hesabına təmayül siniflərinin yaradılması imkanları var:

"Eyni zamanda onların təhsillərinin növbəti pilləsində seçdikləri ixtisas üzrə ixtisasa uyğun olmayan fənlərin sayının azaldılması və ya keçirilməməsi məhz şagirdlərin maraqlarına uyğun fənlərin keçirilməsi imkanları mövcuddur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu