Modern.az

Makedoniya türklərinin rəhbəri: “Ermənistan Qarabağda “seçki şousu” keçirib”

Makedoniya türklərinin rəhbəri: “Ermənistan Qarabağda “seçki şousu” keçirib”

11 Sentyabr 2019, 15:24

“Ermənistan “seçki şousu” ilə dünyanın diqqətini işğal etdiyi Qarabağa çəkməyə çalışır”.
Makedoniya türklərinin rəhbəri, Makedoniya Türk Hərəkat Partiyasının lideri, millət vəkili Enes İbrahim Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən “yerli özünüidarəetmə orqanlarına seçkilər”ə belə münasibət bildirib.

Bu barədə Modern.az-a  diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Dünya separatçı Dağlıq Qarabağ rejimini beynəlxalq hüquqin subyekti kimi tanımırsa, orada keçirilən seçkilərin heç bir mənası yoxdur. Bu, özünü aldatmaqdan başqa bir şey deyil. Ermənistanın işğalçı siyasətini dünya birliyi görür. Bu gün dünya birliyinin diqqətini işğal etdikləri torpaqlara çəkmək üçün “seçki şousu” yaradırlar. Ermənistanın planı bu dəfə də fiaskoya uğrayacaq”,-deyə siyasətçi vurğulayıb

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?