Modern.az

Kanada parlamenti buraxılır

Kanada parlamenti buraxılır

11 Sentyabr 2019, 20:55

Kanadanın Baş naziri Castin Trudo ölkə parlamentinin buraxıldığını elan edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Baş nazir xalqa müraciətində bildirib.

“Bir neçə dəqiqə əvvəl Kanadanın general-qubernatoru parlamentin buraxılması barədə ərizəmi qəbul etdi. Kanadalılar seçki məntəqələrinə oktyabrın 21-də gələcəklər”,- deyə Castin Trudo bildirib.

Qeyd edək ki, ənənəyə uyğun olaraq, hökumət başçısı bu gün səhər ölkənin general-qubernatoru Jüli Peyettin iqamətgahına gəlib və ondan milli parlamentin buraxılmasını xahiş edib. Həmin andan Kanada tarixində 43-cü seçkiqabağı kampaniya başlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir