Modern.az

Milli Məclisin komitələri bu sıralama ilə İCLAS KEÇİRƏCƏK

Milli Məclisin komitələri bu sıralama ilə İCLAS KEÇİRƏCƏK

Parlament

12 Sentyabr 2019, 12:13

“Milli Məclisin ayrı-ayrı komitələri öz işinə başlayıb. Belə ki,  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ilk payız iclası keçirilib”.

Bunu Modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, komitələrin ilk iclaslarının sıralaması belədir:


“Sentyabrın 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin, 17-si  Mədəniyyət və Elm və təhsil komitələrinin, 18-i Səhiyyə komitəsinin, 20-si isə Aqrar komitənin iclası keçiriləcək.

Bu iclaslarda Milli Məclisin payız sessiyası üçün  lazım olan bütün sənədlər, layihələr müzakirə olunacaq. Daha sonra  həmin komitələrdə qəbul olunan qərarlar Milli Məclisin payız sessiyasına  tövsiyə olunacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!