Modern.az

2 yaşlı uşaq anasını necə öldürdü?

2 yaşlı uşaq anasını necə öldürdü?

12 Sentyabr 2019, 16:39

Belorusda 2 yaşlı uşaq anası onu avtomobilin pəncərəsindən çölə çıxarmaq  istəyərkən şüşəni bağlayıb. Boynu maşının pəncərəsində sıxılıb qalan qadın vəfat edib.

 

Modern.az xəbər verir ki, Belarusun Staroe Selo bölgəsində ailəsi və dostları ilə 21 yaşını qeyd edən Yuliya Şarkom qəza nəticəsində həyatını itirib. Gənc qadın 2 yaşlı övladını maşının ön oturacağının yarıaçıq pəncərəsindən çıxarmaq istəyərkən azyaşlı pəncərəni bağlayıb.

 

Qadının həyat yoldaşı Artur Şarkom qəzadan sonra arvadını boğulmuş şəkildə tapıb. O, maşının şüşəsini sındıraraq həyat yoldaşını çölə çıxarıb. Daha sonra xəstəxanaya aparılan gənc qadın 8 gün boyunca yaşam savaşı verib. Boğulma nəticəsində beyin travması alan gənc qadın müalicə aldığı xəstəxanada vəfat edib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı