Modern.az

Səfayə Əhmədova: “Media ilə əlaqələri daha da yaxşılaşdırmağa çalışacağıq”

Səfayə Əhmədova: “Media ilə əlaqələri daha da yaxşılaşdırmağa çalışacağıq”

12 Sentyabr 2019, 18:29

“İçərişəhər Qoruq İdarəsinin media ilə əlaqələrini daha da yaxşılaşdırmağa çalışacağıq”.

 

Bunu Modern.az-a açıqlamasında İdarənin mətbuat xidmətində baş məsləhətçi vəzifəsinə təyin edilən Səfayə Əhmədova söyləyib. O qeyd edib ki, yeni iş yerinin PR və media ilə əlaqələrini genişləndirmək üçün planları çoxdur:

“Hər zaman olduğu kimi mətbuatla aktiv işləməyə, PR və media ilə əlaqələr sahəsini tənzimləməyə çalışacağıq. Bundan sonra da media ilə əməkdaşlıq bizim üçün prioritet məsələdir”.

 

Qeyd edək ki, 12 il Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışdığı dönəmdə mətbuatla səmərəli əməkdaşlıq qurmağı bacaran, peşəkarlığı, davranışları ilə nüfuz qazanan Səfayə Əhmədova 2019-cu il avqustun 16-da həmin işindən öz istəyi ilə ayrılmışdı. S.Əhmədova Səhiyyə Nazirlyindən əvvəl isə "Burc Fm" radiosunda, "Space", "Lider" telekanallarında aparıcı, xəbərlər departametinin rəhbəri vəzifəsində, habelə “Kaspi” qəzetində çalışıb.

Xatırladaq ki, bundan əvvəl Qoruğun mətbuat katibi tanınmış aparıcı Rahib Azəri idi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi