Modern.az

Azərbaycandakı gənclər təşkilatları da bəyanat verdilər - SİYAHI

Azərbaycandakı gənclər təşkilatları da bəyanat verdilər - SİYAHI

14 Fevral 2012, 14:03

Modern.az-ın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən bəzi gənclər təşkilatları “Eurovision 2012” mahnı müsabiqəsi ilə əlaqədar birgə bəyanat veriblər.

Bəyanatda deyilir ki, bəzi antiazərbaycan dairələr, o cümlədən bir sıra ermənipərəst qüvvələr yeni bir çirkin kampaniyaya əl atıblar.

“Həmin dairələr ölkəmizdə baş tutacaq bu möhtəşəm tədbirə kölgə salmaq, bununla yanaşı, Azərbaycanın siyasi imicinə xələl yetirmək üçün səfərbər olunublar. Bu işdə isə həmişəki kimi yenə də ön sırada hər zaman xarici dairələrin maraqlarını ölkəmizdə reallaşdıran işbazlar yer alır. Konkret desək, onlar, fəaliyyətləri ancaq Azərbaycana nifrət üzərində qurulan Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, İnsan Hüquqları Klubu, Siyasi Azadlıqları Müdafiə Alyansı, Demokratik Jurnalistika Məktəbi, “Nida” Vətəndaş Hərəkatı, “Azad gənclik” Təşkilatı və başqa adlar altında fəaliyyət göstərən təşkilatlarda birləşiblər”-deyə bəyanat müəllifləri bildiriblər.

Adları çəkilən təşkilat və şəxslərin əməllərini pisləyən bəyanat müəllifləri “Eurovision 2012” mahnı müsabiqəsinin mədəni və ya siyasi hadisə olduğunu qeyd ediblər. Bəyanatın sonunda bildirlib:

“Müxtəlif beynəlxalq təşkilatlardan maliyyə dəstəyi almaq üçün ölkəmiz haqqında həqiqətə uyğun olmayan informasiyalar yaymaq, uğurlarımıza kölgə salmaq, ermənipərəst mövqe nümayiş etdirmək heç bir Azərbaycan vətəndaşına yaraşmır.
Biz Azərbaycan gənclərini belə qüvvələrə qarşı bir olmağa, ölkəmizin inkişafında və uğurlarının əldə olunmasında səylərini əsirgəməməyə çağırırıq.
Həmin qüvvələrə isə tövsiyə edirik ki, belə iyrənc əməllərdən əl çəkib, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Xocalı faciəsinə beynəlxalq ictimaiyyətin hüquqi qiymət verməsi, 1 milyona yaxın qaçqın və məcburi köçkünümüzün hüquqlarının qorunması, onların öz ev-eşiklərinə qayıtması istiqamətində iş aparsınlar.
Sonda bəyan edirik ki, sağlam düşüncəli Azərbaycan gəncləri və onların birləşdikləri təşkilatlar ölkəmizin inkişafı istiqamətində görülən bütün işləri hər zaman dəstəkləyəcək və “Eurovision 2012” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün əlində gələni əsirgəməyəcək”.

Bəyanat Gənclər üçün Təhsil Mərkəzinin təşəbbüsü ilə aşağıdakı gənclər təşkilatları tərəfindən imzalanıb:

Gənc Vətənpərvərlər Birliyi

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı

Gənclər üçün Təhsil Mərkəzi

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyi

Azərbaycan Tələbələr Birliyi

Yeni Yazarlar və Sənətçilər Qurumu

“Uğurlu Gələcək” İctimai  Birliyi

Azərbaycan Maarifçi Gənclər Təşkilatı

“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası

“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi

Gənclərin Elmi İnkişafına Dəstək İctimai Birliyi

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi 

“Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Bir­liyi

Turkiyə Universitetləri Məzunları İctimai Birliyi

 “Gənc Mühasiblər” İctimai Birliyi

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi

Avropa Hüquqşünas Tələbələri İctimai Birliyi

Gənclər Şəbəkəsi Təşəbbüsü İctimai Birliyi

Gənclərin Mədəni İnkişafı İctimai Birliyi

Beynəlxalq Gənc Hüquqşünaslar İctimai Birliyi

Gənclərin Tərəqqisi və İnkişafı İctimai Birliyi

“Nurlu Gələcək” Sosial İnkişaf İctimai Birliyi

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu