Modern.az

Bakıda 15 900 dollarlıq dələduzluq edən qadın saxlanılıb

Bakıda 15 900 dollarlıq dələduzluq edən qadın saxlanılıb

Aktual

12 Sentyabr 2019, 19:49

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı və Sumqayıt şəhər sakinləri olan 3 nəfər 2018-ci ilin sentyabr ayından cari ilin may ayınadək olan müddətdə Fatimə adlı şəxsin onları aldadaraq ümumilikdə 15.900 ABŞ dolları və 800 manat pullarını aldıqlarını bildiriblər.

 

Daxili İşlər Nazirliyindən Modern.az-averilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini F.Abbaspur olduğu müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb. Onun daha 3 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?