Modern.az

Bakcell-dən mobil internet istifadəçiləri üçün yüksək sürətli internet

Bakcell-dən mobil internet istifadəçiləri üçün yüksək sürətli internet

14 Fevral 2012, 14:45


Bakcel-lə Opera Mini

3G Sür@ xidmətinin uğurla istifadəyə verilməsindən sonra Bakcell öz abunəçilərinə sərfəli qiymətlərlə yeni mobil internet təcrübəsindən yararlanmaq imkanı verdi. 2011-ci ilin dekabr ayının 1-də Bakcell və Opera Software şirkəti arasındakı əməkdaşlıq çərçivəsində Bakcell öz abunəçilərinə mobil telefonlarda daha rahat və əlverişli internetdən istifadə etmək imkanı verən Opera Mini brauzerinin yeni versiyasını təqdim etdi. İndi Opera Mini vasitəsilə Bakcell abunəçiləri Facebook, Odnoklassniki kimi sosial şəbəkələrə və digər saytlara daha asan və əlverişli şərtlərlə daxil ola bilirlər.

Bu proqram ən əlverişli və ən sürətli mobil internetə çıxış yaradır

Opera Mini mobil internetin sürətini artırmaq üçün xüsusi sıxma texnologiyasından istifadə edir. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin abunəçiləri üçün eksklüziv olaraq Opera Mini-nin xüsusi versiyası hazırlanıb.

Ookla Şirkətinin Netindex reytinqinə əsasən, Bakcell şirkəti mobil operatorlar arasında mobil internet trafikin sürətinə görə 1-ci yerdədir. Bu reytinq sürəti abunəçilər tərəfindən 13 noyabr – 12 dekabr 2011-ci il arasında ən azı 100 dəfə speedtest.net və pingtest.net vasitəsilə ölçülmüş İnternet provayderləri və mobil operatorların statistik göstəricilərinin nəticələri əsasında formalaşır.

Bakcell-in təkilf etdiyi qiymətlər mobil internet istifadəçiləri üçün böyük bir sürpriz oldu. Belə ki, indi Bakcell abunəçiləri cəmi 0.19 AZN ödəməklə günlük və 1.99 AZN ödəməklə aylıq limitsiz internet paketinə sahib olurlar. Bu, inanılmaz qiymətə mobil internetdən faydalanmaq üçün əlverişli şansdır. Bunun üçün gündəlik və ya aylıq paketə müvafiq olan “1” və ya “30” kodunu 6464 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir.

Bakcell abunəçiləri öz mobil telefonlarından m.opera.com ünvanına daxil olub Opera Mini brauzerini yükləyə bilirlər. Xidmət Blakberry istifadəçiləri istisna olmaqla, bütün Bakcell abunəçiləri üçün nəzərdə tutulub.

Opera Mini dünyada

Statistikaya görə, dünyanın bir çox ölkələrində internet istifadəçilərinin əksəriyyəti qlobal şəbəkəyə mobil telefondan daxil olur. Ona görə də rahat və sürətli internetə çıxış yaradan Opera Mini brauzerini əldə etməkdə maraqlıdırlar.

Dünyada ən populyar mobil internet brauzeri hesab edilən və yüz milyonların üstünlük verdiyi bu proqram Opera Software şirkəti tərəfindən hazırlanıb.

Opera Mini çox rahat interfeysə malik, istifadəsi asan olan brauzerdir. Digər brauzerlərdən fərqli olaraq, bu, adi proksi-server deyil. Heç vaxt Operada işləməyən hər hansı bir istifadəçi asanlıqla onu tətbiq edə bilər. Opera Mini mobil internetə çıxışı olan istənilən cihazda işləyir: mobil telefonlar, smartfonlar, fərdi kompüterlər, hətta smart televizorlar və maşında istifadə olunan televizorlarda, rəqəmli  foto çərçivələr və oyun cihazlarında. Bu brauzer 3000-dən artıq mobil telefon modeli və ən populyar mobil platformalar tərəfindən dəstəklənir. Bu proqramla SymbianAndroidiOS və Windows Mobile üçün WAP və WWW internet saytlarını açmaq mümkündür. 

Hazırda bu proqramın vasitəsilə dünyadakı mobil operatorların abunəçiləri bir ayda 100 milyondan artıq səhifəyə baxırlar. Opera Mini vasitəsilə e-maillərdən istifadə etmək və oxumaq və ya bloqlara yazmaq da mümkündür. Burada veb-saytlara daha sürətli giriş üçün ekspres-panel vardır. Bu proqramın ümumi funksiyalarına faylların idarəsi, fayl yüklənməsi, səhifə işarələmə, şəkil yadda saxlama, səhifədən mətn kopyalama, ekranı dəyişdirmə və sairə daxildir. Başqa sözlə, siz mobil telefonunuzu əsl kompyuter kimi istifadə edə bilərsiniz.

Opera Mini istifadəçiyə nə qazandırır?

Hər bir abunəçi Opera Mini vasitəsilə istədiyi internet səhifəsini aça bilər. Abunəçi “offline” rejimdə olsa belə, brauzer internet səhifələri yaddaşda saxlayır. Opera Mini rahat naviqasiya sisteminə malikdir. Əlverişli interfeys səhifədə kifayət qədər sürətlə hərəkət etməyə imkan verir. 

Opera Mini vasitəsilə elektron poçtdan istifadə etmək, bloq oxumaq və yazmaq mümkündür. Saytlara daha tez çatmaq üçün ekspress-panel də mövcuddur. Proqramın ümumi funksiyaları sırasına fayl meneceri, faylların yüklənməsi, səhifələrin yadda saxlanması, səhifədən götürülən şəkillərin yaddaşa verilməsi, ekrandakı mətnin “copy” edilməsi, ekranın fırladılması, rənglərin dəyişdirilməsi və s. daxildir. Bir sözlə, mobil telefonda əsl kompüterdəki kimi işləmək mümkündür.

Bakcell niyə Opera Mini ilə işləyir?

İndiyə kimi bu proqramın bir neçə versiyası olub. Brauzerin son variantlarında ekranın miqyasını dəyişmək funksiyası da mövcuddur. Ümumiyyətlə, Opera Mini elə düzəldilib ki, onunla işləyəndə adi kompüterdən, yaxud telefondan internetə daxil olduğunu hiss etmək mümkün deyil. Məsələn, adi halda olduğu kimi bu brauzer də bir neçə səhifəni eyni vaxtda açıq saxlamağa imkan verir. Açıq səhifələr kompüterdə olduğu kimi ayrı keçidlər şəklində görünür. Həmçinin, səhifələrin görkəmi də orijinal variantdan çox az fərqlənir.

Opera Mini proqramı Java Scripti də dəstəkləyir, bu zaman Java-nın açılması bir neçə saniyədən artıq çəkmir. Proqramın son variantında Overview,  Zooming (miqyas böyüdən) və Landscape view (ekranı 90° fırlatmağa imkan verən) kimi yeni funksiyalar əlavə edilib. Hazırda Operanın hətta Android-planşet üçün də xüsusi versiyası mövcuddur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!