Modern.az

Sami Yusufun Nəsimi” kompozisiyasına TƏNQİD: kartof püresi alınıb

Sami Yusufun “Nəsimi” kompozisiyasına TƏNQİD: kartof püresi alınıb

13 Sentyabr 2019, 11:47

Vasif İsmayıl

Son həftə sosial şəbəkələrdə Sami Yusufun İmaməddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə bəstələdiyi musiqi parçası haqqında rəyləri oxuyuram.

Bəyənən çox olub.

Belə baxanda, bəli, xor, xalq çalğı alətləri istifadə edilərək muğam ifa edilib.

Mən əsəri heç bəyənmədim.

Səbəbləri.

Qadası, bizim bu Şimalda akademik musiqi mədəniyyəti kifayət qədər inkişaf edib və dünya səviyyəsinə çıxardılacaq dərəcədə gözəl nümunələri də çoxdur. Bizim qulağımız bu cür akademik musiqiyə öyrəşib.

Başa düşürəm, xoşunuza gəlib. Axı, həqiqətən də, qulağa xoş səslənir.

Biz niyə bəyənmədik, görəsən?

Çünki bu “xaltura”dır. Yekə bir xaltura.

Bizim camaat Rəmişi də xoşlayır, amma Rəmiş natamam tonlarla gitara və musiqini ağladan sənətkardır - bu fənd peşəkarlar arasında yaxşı hərəkət kimi qəbul edilmir.

Bir kərə, melodiya yoxdur. Yəni mən orada ancaq yuxarı notlardan başlayaraq bəm səslərdə mayə ilə bitən 4 xanəlik bir fraza dinlədim - vəssəlam. Bunu bəzən kənddə çobanlar da zümzümə edə bilərlər.

Yaxşı, insan çox sadə, hətta kasıb melodiyanı da möhtəşəm əsərə çevirə bilər. Məsələn, Yanni - ən sadə melodiyanı aranjmanla parlaq, təzadlı hisslər yaradan əsərə çevirə bilir.

Amma burada heç bir aranjman yoxdur. Polifoniyanın heç bir metodundan istifadə edilməyib. Hardasa əlliyə yaxın alətdə ifa edilir, amma heç bir aləti eşidə bilmirsən. Bağışlayın, kələfurun belə bir teksturası var. Sami Yusufda sadə kartof püresi alınıb. İçinə bir az zirinc atıblar - o da ki, zirinci rəndələyəndən sonra.

Əslində niyə belə alındığının səbəbi aşkardlr. Sami Yusuf İran musiqisi yaradıb. İranda da belədir - xalq çalğı alətləri orkestri yoxdur.

Bizdə isə var.

Bizdə var, amma Sami Yusufun bundan xəbəri yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir