Modern.az

“Azərbaycanın hərbi bloklara qoşulması mənafeyimizə ziddir” - ŞƏRH

“Azərbaycanın hərbi bloklara qoşulması mənafeyimizə ziddir” - ŞƏRH

13 Sentyabr 2019, 12:24

Rusiya baş nazirinin müavini Yuri Borisov İrəvanda olarkən Azərbaycanın Kollketiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasına pis baxmadıqlarını bildirib.  O deyib  ki, KTMT Azərbaycanla əməkdaşlığa hazırdır.

 

Maraqlıdır, Azərbaycan necə, bu təşkilata üzv olmağa maraqlıdır? Üzvlük kimi bir qərar yaxın zamanlarda gözlənilirmi ?

Bu barədə  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Modern.az-a danşıb.

 

Analitik bildirir ki, indiki halda Azərbaycanın bu təşkilata üzvlüyü ölkənin maraqlarına cavab vermir. 

“Bir hərbi blokda işğalçı dövlət də var işğala məruz qalan ölkə də. Bu necə mümkün ola bilər ? Həm də dövlət başçısı da bu barədə bir dəfə öz mövqeyini ortaya qoyub. Belə ki, Azərbaycanın NATO-ya yoxsa  KTMT-a üzv olacağı     sualına cavab kimi  o, Azərbaycanın hərbi bloklara qoşulmaq niyyətinin olmadığı cavabını vermişdi. Bir məsələni də nəzərə almaq lazımdır ki, sözügedən təşkilatda qərarlar ümumi, yəni hamının səsverməsi nəzərə alaraq qəbul edilir. Belə olan halda təşkilata üzv ölkə kimi Ermənistan Azərbaycanın  üzv olacağı qərarının əleyhinə çıxacaq, səs verməyəcək”. 

 

Elxan Şahinoğlunun sözlərinə görə , əgər Ermənistan nə vaxtsa  işğal edilmiş torpaqları geri qaytarsa, o zaman üzvlük və ya müşahidəçi məsələsi müzakirə oluna bilər. 

“Düzdür, Rusiya Ermənistana təsir də bilər ki, Azərbaycanın təşkilata qoşulmaq istəyinin əleyhinə çıxmasın. Lakin indiki halda bu quruma üzvlük bizim təhlükəsizlik maraqlarımıza faktiki olaraq cavab verir. Həm də biz qoşulmayanlar  hərəkatının üzvüyük. Bu da o deməkdir ki, biz neytral xarici siyasət yürüdürük.  İndi bu təşkilata qoşulsaq, qoşulmayanlar hərəkatına üzvlüyümüz də sual altında qalır. Oktyabr ayında qoşulmayanlar hərəkatının zirvə toplantısı da Bakıda keçirilcək. Bütün bu faktorları  nəzər alsaq o qənaətə gəlmək olar ki, hazırda Azərbaycanın KTMT-a üzvlüyü və ya müşahidəçi qismində qatılması bizim mənafeyimizə  ziddir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı