Modern.az

Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə bu şəhərdə görüş bilər

Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə bu şəhərdə görüş bilər

13 Sentyabr 2019, 13:12

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, rəsmi Yerevan belə bir ehtimalı təkzib etməyib.

“Mən artıq qeyd etmişdim ki, xarici işlər naziri Zoqrab Mnatsakanyan Nyu Yorka səfər edəcək. Həmsədrlər yeni görüş barədə təklif irəli sürmüşdülər və razılıq almışdılar. Görüşün harada və nə vaxt baş tutacağını isə razılaşdırılmış qaydada açıqlayacayıq”-deyə XİN rəsmisi Anna Naqdalyan deyib.

 

Xatılradaq ki, sentyabrın 17-də Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası işinə başlayacaq. Sessiyada həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətləri iştirak edəcək.

Sonuncu dəfə Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında görüş iyunun 20-də baş tutmuşdu.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir