Modern.az

Bakılı qaynatanın məşhur gəlini 2-ci dəfə ərə getdi

Bakılı qaynatanın məşhur gəlini 2-ci dəfə ərə getdi

Mədəni̇yyət

13 Sentyabr 2019, 15:23

Bu gün məşhur rusiyalı aparıcı, jurnalist və siyasətçi Kseniya Sobçak 2-ci dəfə ərə gedib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, teatr rejissoru Konstantin Boqomolovla izdivaca daxil olub. Mərasimə 300-ə qədər qonaq, o cümlədən Alla Puqaşeva və digər şou-biznes ulduzları qatılıb.

 

Xatırladaq ki, bundan əvvəl, Kseniya Sobçak aktyor Maksim Vitorqanla ailəli olub. Bu nikahdan onların Platon adlı övladı doğulub. Maksim Vitorqanın atası, SSRİ Xalq artisti Emmanuil Vitorqandır.
Emmanuil Vitorqan 1939-cu il dekabrın 27-də Bakıda anadan olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir