Modern.az

Sağlamlığın etibarlı DOSTLARI

Sağlamlığın etibarlı DOSTLARI

13 Sentyabr 2019, 15:54

Ərşad Əzimzadə,
"Ana Təbiət" Natural Gigiyena mərkəzinin rəhbəri,
yazıçı-jurnalist


Elm gücləndikcə, texmiki tərəqqi sürətləndikcə, Qara Kapitalın nəfəsi yayıldıqca - ŞƏR qüvvələrin XEYİR qüvvələri sıxışdırması tendensiyası da sürətlənir, Yer üzündə fəlakətlərin miqyası da genişlənir. Çünki dünyanı çirkli ovcunun içində saxlayan Yırtıcı Biznes XEYİRƏ deyil, ŞƏRƏ xidmət edir. Deməli, sağlamlığın ən güclü düşməni Yırtıcı Biznesdir. Lakin, hər bir işdə ancaq pula və zora güvənən, Yırtıcı Biznes siz düşündüyünüz qədər də qüdrətli və basılmaz deyil. Axillesin dabanında məğlubiyyət nöqtəsi olduğu kimi, Yırtıcı Biznesin də “dabanında” məğlubiyyət nöqtəsi var. Əlində trilionlar olan bu şər qüvvəyə qalib gəlmək üçün nə milyardlar lazımdır, nə ordu, nə də nüvə silahı. “Sağlamlığın etibarlı dostları” cədvəlində lap başdan yazdığım 2 qüvvə bizə bəs edər - ZƏKA və İRADƏ.


1. Dərin zəka.
2. Möhkəm iradə.
3. Pak əqidə.
4. Saf əxlaq.
5. Güclü iman.
6. Öz ağlına və gücünə, qabliyyət və bacarığına inam.
7. Canlı qidalardan tərtib olunmuş menyu.
8. Günəş işığının enerjisi.
9. Təmiz hava.
10. Təmiz su.
11. Çiy meyvələr (o cümlədən, yabanı meyvələr).
12. Çiy tərəvəz.
13. Bostan məhsulları.
14. Tumlar, çiçəklər, yarpaqlar, zoğlar.
15. Bal.
16. Uzlaşmayan qidaları ayrı-ayrılıqda qəbul etmək.
17. Sərt rejim
18. Faydalı hərəkətlər (bədən tərbiyəsi).
19. Kontrast su vannası.
20. Daxili azadlıq.
21. Aza qane olmaq vərdişi, gözü-könlü tox olmaq.
22. Nəcib arzu, xoş niyət.
23.  Xoş əməl.
24. Xoş rəftar, gülər üz, nikbin ruh.
25. Əməkpərvərlik.
26. Faydalı kitablarla dostluq .
27. Kamil insanlarla ünsüyət.
28. Yaxşını pisdən, faydalını zərərlidən seçəmək qabliyyəti.
29. Müdrik kəlamlarla silahlanmaq qabliyyəti.
30. Təbiəti sevmək qabliyyəti və qorumaq həvəsi.
31. Ana Təbiətin əbədi qanunlarına (“Əksiliklərin vəhdəti”, “Qarşılıqlı asılılıq ” və “Tarazılıq ”) tabe olmaq: vərdişi.
32. Həqiqətpərəstlik, düz danışmaq adəti.
33. Prinsipial, obyektiv, ədalətli və mübariz olmaq.
34. Sadəlik (sadə menyu, sadə geyim, sadə davranış, sadə nitq).
35. Halal qazanc, halal ruzi.
36. Sevib-sevilmək səadəti.
37. İşıqlı ideyaları qavramaq qabliyyəti, dəstəkləmək və həyata keçirmək istəyi.
38. Hər cürə fanatizmdən, xüsusilə də dini xurafatdan uzaq olmaq vərdişi.
39. Söz və şəxsiyət azafdlığı.
40. Azad, sərbəst və şəffaf seçkilər.
41. Demokratik və sivil dövlət.
42. Kamil övlad yetişdirmək səadəti.
43. Bərabərlik.
44. Ailənin yekdil komanda olması səadəti.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!