Modern.az

"Qarabağ"ın qapıçısı  Sumqayıtda

Aktual

13 Sentyabr 2019, 22:46

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu komanda "Qarabağ"ın qapıçısı Nicat Mehbalıyevi icarəyə götürüb.

Mövsümün sonuna qədər "Sumqayıt"ın uğurları üçün çalışacaq gənc futbolçu "12" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, peşəkar karyerası ərzində yalnız "Qarabağ"da çıxış edən N.Mehbalıyev Azərbaycanın U-17, U-19 və U-21 millilərinə də çağırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır