Modern.az

Bu günün havası - 28 dərəcəyə qədər isinəcək

Bu günün havası - 28 dərəcəyə qədər isinəcək

14 Sentyabr 2019, 09:25

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında 24-27, Bakıda 24-26 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu aranda 23-28, dağlarda isə 10-15 dərəcə isti təşkil edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!