Modern.az

Bu ölkədə rüşvət tələb edən məmurları - GÜLLƏLƏMƏK OLACAQ

Bu ölkədə rüşvət tələb edən məmurları - GÜLLƏLƏMƏK OLACAQ

14 Sentyabr 2019, 09:44

Dövlət başçısı vətəndaşlara korrupsioner məmurları öldürməmək şərti ilə ayaqlarından güllələməyə icazə verib.

 

Modern.az Fan.az-a istinadla xəbər verir ki, Filipin prezidenti Rodriqo Duterte vətəndaşlara onlardan rüşvət tələb edən məmurları öldürməmək şərti ilə güllələməyə icazə verib.

Duterte gələcəkdə həbs cəzası almamaq şərti ilə korrupsionerləri ayaqlarından güllələməyi təklif edib.

 

"Əgər siz vergi və sair müəyyən edilən ödənişləri edirsinizsə, və bu axmaqlar sizdən rüşvəti tələb edirlərsə, onları vurun. Əgər sizdə silah varsa, onlara atəş aça bilərsiniz. Amma onları öldürməyin, çünki əks halda siz təhqiqatlar nəticəsində əfv olunmaya bilərsiniz", - prezident Duterte belə deyib.

Duterte qeyd edib ki, qanunu pozan məmuru güllələyən istənilən şəxsi həbs olunma yox,"yalnız ciddi fiziki cəza" gözləyir.

Prezidentin fikrincə, korrupsiya bütün ölkənin probleminə çevrilib. "Bu demək olar ki, hökumətdə təmsil olunan hər kəsin daxilində olan bir qurddur ", - prezident öz çıxışında belə deyib.

Prezident vətəndaşları öz hüquqlarını müdafiə etməyə, məmurların iştirakı ilə baş verən hər bir korrupsiya əməli və ya qanun pozuntusu haqqında məlumat verməyə çağırıb. Rodriqo Duterte bildirib ki, əgər bu haqda ona məlumat çatsa, prezident həmin məmuru yanına çağıracaq, ona müraciət etmiş vətəndaşa rüşvət tələb edən şəxsin üzünə şapalaq vurmağa icazə verəcək.

 

Qeyd edək ki, 2016-cı ilin may ayında Filipində prezident seçilən Rodriqo Duterte qanunu pozanlarla mübarizədə sərt ölçüləri dəstəkləyir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?