Modern.az

“Eldar Həsənov vəzifədən getdikdən sonra saxtakar müstəntiq və prokuroru böyütdülər” - Bir cinayətin TARİXÇƏSİ

“Eldar Həsənov vəzifədən getdikdən sonra saxtakar müstəntiq və prokuroru böyütdülər” - Bir cinayətin TARİXÇƏSİ

Aktual

14 Sentyabr 2019, 16:04

Tanınmış vəkil Osman Kazımov illər öncə törədilmiş bir cinayətin (ana və uşağın öldürülməsi) tarixçəsi və həmin işin istintaqı ətradında baş verən xoşagəlməz olayların ardını yazıb.
Modern.az vəkilin yazısının ardını təqdim edir.


Əvvəli burada


- İş hələ birinci müstəntiqdə olarkən iki nəfərin təsvirlərini bildiyim üçün müstəntiqdən onlar barəsində soruşmuşdum. Müstəntiq isə bildirmişdi ki, o şəxslər ümumiyətlə Azərbaycanda olmayıblar, Leninqradda olublar. İş götürüldükdən sonra valideynlərə tapşırdım ki, həmin iki şəxs barədə, hadisə olan vaxt onların Azərbaycanda olub-olmaması barədə məlumat toplayın, o ərazidə yas, toy mərasimlərinin olub-olmaması, həmin şəxslərin o məclislərdə işltirakı barədə informasiya əldə edin. Amma elə edin ki, heç kim şübhələnməsin.
Tapşırdım ki, hadisə baş verən vaxt ətraf ərazidə olan avtomobil dayanacaqlarının, mağazaların işçiləri ilə söhbət edin. Elə edin ki, şübhələnməsinlər.

İki gün soanra ilk ciddi məlumt əldə etdik. Ana və uşaq öldürülən gün iki nəfər avtodayanacağın yanında olan krantda əllərində və üstlərində olan qan ləkələrini yuyublar. Mühafizəçiyə isə bildiriblər ki, toyda dava düşüb, dalaşıblar. Guya yuduqları burunlarının qanı olub.

Müstəntiqlə əlaqə saxlayıb hadisə vaş verən gecə toy olması, dava düşməsi barədə məlumat toplamasını xahiş etdim. Bir neçə gün sonra müstəntiq dedi ki, həmin gün toy mərasimi olması və kütləvi dava düşməsi müəyyən edilmədi.

Artıq ilk sap əlimizdəydi. Təxminən bir həftə sonra isə məlumat daxil oldu ki, o şəxslər hadisədən iki gün qabaq yas yerində olub, 10 manat pul yazdırıblar. Biri isə hadisədən sonra da yas yerinə gəlib. Artıq müstəntiqin Leninqrad söhbəti tam iflasa uğradı.
Müstəntiqlə danışıb həmin siyahıları götürməsini xahiş etdim. Sonra valideynlərə tapşırdım ki, öldürülən ana-balanın qaldığı evlə üzbəüz evdə yaşayan müəllimlə söhbət etsinlər. Amma uşaqlarının tutulduğunu bildirməsinlər.

Bir neçə gün sonra Adlin (cinayəti törətməkdə şübhəli şəxs kimi tutulan gənc) atası iş yerimə gəldi. Dedi ki, tapdıq. Müəllim həmin gecə o evə gələnləri görüb. Birini üzdən tanıyır, o birinin əlamətlərini deyir. Əlamətləri təsvir etdi. Vəsatətimə baxdım, əlamətlər eyni idi. Dedim müəllimlə bir də təsadüfən görüş, dəqiqləşdir, yanılmayaq. Amma heç kimə heç nə demə. Tələsmə ki. şübhələnməsin.

Bir neçə gün sonra kişi az qala uça-uça gəldi. Çox sevinirdi. Dedi danışdım. Səsini də yazdırdım Qulaq asdım. Sonra müstəntiqlə danışdım. Məlumatları təqdim etdik. Təxminən 5-6 gün sonra müstəntiq zəng etdi. Dedi “Osman müəllim muştuluq. Qızılları tapdıq”. Soruşdum ki, hansı qızıllar? Dedi öldürülən qadının qızıllarını. Söylədi ki, 1-2 saat gözlə yaxşı məlumatım olacaq.

Səhərisi gün isə məlum oldu ki, həmin şəxslər tutulub. Ana və balanı necə öldürdüklərini, evdən götürdükləri qızılların yerini deyiblər. Videoçəkilişlə onlardan birinin xalasının həyətindəki tut ağacının dibindən qızıllar götürülüb. Bir gün sonra uşaqlar həbsdən azad edildi. Səhərisi gün axşamtərəfi yaşadığım həyətdə qonşularla söhbət edərkən valideynlər gəldilər. Yanlarında yaraşıqlı bir xanım da var idi. Mənə çatmağa bir neçə addım qalmış həmin xanım diz üstə oturub sürünə-sürünə gəldi. Çaşdım. Əlini atıb saçını yoldu. Ayağıma atdı. Əlindən tutub qaldırdım. Dedim ay bacı, siz neyləyirsiniz? Bu nə deməkdir? Dedi ki, “Adil mənim qardaşımın tək balasıdır. Əhd etmişdim ki, kim ona kömək etsə, onun qarşısında dizin-dizin sürünəcəm”. Qonşular da çaşmışdılar. Çox mütəssür olmuşdular.
Sonra Adilin anası dedi ki, məni tanımadınızmı? Dedim ki. tanış gəlirsiniz, amma xatırlaya bilmirəm. Dedi 1991-ci ildə atamı şərləmişdilər. Siz azad etdirdiniz. Dediç ki, yadıma düşdü, amma o vaxt aradan çıxdınız. Hamı güldü. Dedi ki, “o vaxt verəcəyim şirinliyi də indi verəcəm. Sizin o vaxt etdiyinizi əvəzsiz qoymuşduq. Ona gırə bu başımıza gəldi”. Dedim halalınız olsun.

Həmin iş üzrə müstəntiq və prokuror vəzifələrindən kənarlaşdırıldılar. Lakin Eldar Həsənov Baş prokoror vəzifəsindən getdikdən sonra onları böyütdülər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu