Modern.az

Taksi xidmətlərində gəlirlərin gizlədilməsinə necə mane olmalı...

Taksi xidmətlərində gəlirlərin gizlədilməsinə necə mane olmalı...

14 Sentyabr 2019, 16:28

Bakıda taksi xidmətləri təklif edən özəl şirkətlərin artması nəticəsində rəqabət mühiti, keyfiyyətli xidmət nisbətən yaxşılığa doğru irəliləyir. internet vasitəsilə sifariş, dəqiq məkan seçimi və sərfəli qiymət tətbiq edən şirkətlərin sayının artması müştərilərin də xeyli məmnunluğuna səbəb olur. Son zamanlar isə təklif edilən xidmətlər sırasında plastik kartlarla ödəniş də daxil edilib. Bu taksi xidmətlərindən istifadə edən sərnişinlərin işini xeyli asanlaşdırsa da, sürücülərin şikayətləri çoxalır. Müəyyən taksi xidməti təşkil edən şirkətlərlə müqavilə bağlamış fərdi sürücülər kartla ödənişin onlara sərf etmədiyini deyir. Sürücülər vergi ödənişini də əsas gətirərək, şirkətlə sürücü arasındakı faiz bölgüsündə itirdiklərini düşünürlər.

Bu barədə Modern.az-a danışan, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov xatırladıb ki, ölkəmizdə maliyyə, vergi siyasətinə diqqət etdikdə, nağdsız ödənişlərin artırılması üçün addımlar atıldığının şahidi oluruq. Onun sözlərinə görə, plastik kartlar, internet vasitəsilə ödənişlər aktivləşdirilir ki, insanlar əldə nağd pul saxlamasın:

“Çünki bu üsulla maliyyə şəffaflığı təmin olunur, gəlirlərin maliyyə dövriyyəsinin, ümumi iqtisadi dövriyyənin gizlədilməsi baş vermir. Dünyanın hər yerində bu belədir. Hətta dünyanın bəzi ölkələrində yaxın 50-100 ilə əskinasları tamamilə ləğv etməyin yolları haqqında müzakirələr aparılır.

Ona görə, taksi xidmətlərinin də plastik kartla ödənişə meyl etməsi normal hadisədir. Belə olarsa, həm müştərilər, həm şirkətlər, həm də əslində taksi sürücüləri üçün faydalıdır. Taksi sürücüləri, bu xidmətə qoşularkən şirkətlərlə aralarındakı müqavilə münasibətlərini öz maraqlarına uyğun planlaşdırmalıdırlar. Əvvəlcədən hər iki tərəfin öhdəliyi və mənafeyi dəqiqləşdirilməlidir. Bütün şərtlər müəyyən olunmalı, bütün sənədlər və rəsmi prosedurlar əvvəlcədən qaydasına qoyulmalıdır.

Problemlə qarşılaşmamaq üçün sürücülər özləri də bu cür dəqiqliyi ilə seçilən prosedurlara qoşulsalar, faydalıdır. Dünyanın hər yerində belədir kli, hansıaa fəaliyyətlə məşğul olan şəxs vergi ödəyir. Bu normaldır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir