Modern.az

Azərbaycanda sabiq deputat vəfat edib

Azərbaycanda sabiq deputat vəfat edib

15 Sentyabr 2019, 11:32

Azərbaycan Milli Məclisinin I çağırış deputatı olmuş Sultan İsrafil oğlu Məmmədov vəfat edib. Bu barədə Modern.az-a mərhumun ailəsinə yaxın şəxslər məlumat veriblər. Bildirilib ki, Sultan Məmmədovun dəfni bu gün Astara şəhərində olacaq.

Modern.az-ın məlumatına görə, Sultan Məmmədov 10 mart 1938-ci ildə Astara rayonunda anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetini, 1978-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. 1971-73-cü illərdə Astara şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1973-77-ci illərdə Astara rayon partiya komitəsinin katibi, 1977-1980-ci illərdə Astara rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980-1988-ci illərdə Lerik rayon partiya komitəsinin birinci katibi, 1988-1991-ci illərdə Astara rayon partiya komitəsinin birinci katibi, 1992-1995-ci illərdə isə Azərbaycan Respublikası Mənzil-komunnal Təsrrüfatı nazirinin birinci müavini vəzifələrində çalışıb.


Üç çağırış Azərbaycan SSR Ali Sovetinin (1981-1985, 1985-1990-cı illər), Azərbaycan Respublikası Milli Şurasının üzvü olub.

1995-2000-ci illərdə Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı, Azərbaycan-İran dotluq qrupunun rəhbəri kimi fəaliyyət göstərib.


Allah rəhmət eləsin.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi