Modern.az

Ayı İsmayıllı sakininə həyətində hücum etdi

Ayı İsmayıllı sakininə həyətində hücum etdi

15 Sentyabr 2019, 13:26

İsmayıllı rayonunda ayı həyətə hücum edərək kənd sakinini yaralayıb.

 

Modern.az APA-ya istinadən xəbər ve rir ki, hadisə rayonun Xanagah kəndində qeydə alınıb.

 

Kənd sakini 1950-ci il təvəllüdlü Rəsulov İsmayıl Yaqub oğlu yaşadığı evin həyətyanı sahəsində itburnu toplayarkən qəflətən ayının hücumuna məruz alıb. Göz, sifət, əl və kürək nahiyəsindən xəsarətlər alan İsmayıl Rəsulov təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. İ. Rəsulov çoxlu qan itirsə də, həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir