Modern.az

İlham Əliyev Avropa Xalq Partiyasının prezidentilə görüşüb

İlham Əliyev Avropa Xalq Partiyasının prezidentilə görüşüb

15 Fevral 2012, 09:43

Belçikada rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 14-də Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşüb.
AzərTAc-ın məlumatına görə, görüşdə Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulanıb, bu cür əlaqələrin ölkəmizin Avropa İttifaqına inteqrasiyasına böyük töhfə verdiyi bildirilib.
Ötən həftə Avropa Xalq Partiyası tərəfindən Avropa Parlamentində təşkil edilmiş “Avropa İttifaqı-Azərbaycan: tərəfdaşlıq üçün yeni üfüqlər” adlı konfransın əhəmiyyəti qeyd edilib.
Görüşdə Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir