Modern.az

Hindistanda səyahət gəmisi batdı: 11 ölü var

Hindistanda səyahət gəmisi batdı: 11 ölü var

Aktual

15 Sentyabr 2019, 17:40

Hindistanın Andhra Pradeş ştatında səyahət gəmisinin batması nəticəsində ən azı 11 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.

 

Modern.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hadisə Qodavari çayında baş verib. Göyərtəsində təxminən 60 nəfərin olduğu gəmi Qandipoçamma məbədindən Papikondalu turizm məkanına doğru gedirmiş. Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub.

 

Bildirilir ki, qəzaya səbəb son günlər şiddətli yağışlar səbəbindən həmin çayda iti su axını olub.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü