Modern.az

Türkiyənin Vitse-prezidenti Azərbaycana gəldi

Türkiyənin Vitse-prezidenti Azərbaycana gəldi

15 Sentyabr 2019, 20:01

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Modern.az  xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir