Modern.az

Qatar 67 nəfərin olduğu avtobusa çırpıldı

Qatar 67 nəfərin olduğu avtobusa çırpıldı

Aktual

15 Sentyabr 2019, 21:20

Qazaxıstanın Alma-Ata vilayətində avtobusla qatar toqquşub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyindən bildiriblər.

Məlumata əsasən, toqquşma Şamalqan stansiyası yaxınlığında baş verib. Hadisə nəticəsində 1 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.

Ölkə prezidenti Kasım-Jomart Tokayev şəxsi “Twitter” səhifəsində bassağlığı mesajı verib: "Almatı vilayətindəki Aksengir – Şamalqan dəmir yolu keçidində qatar 67 nəfərin olduğu avtobusa çırpılıb.  Başsağlığı verirəm. İstintaq başladılıb”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı