Qəbələnin Bunud kəndi yaxınlığındakı "Sərin" zooparkında qəfəsdən meymun qaçıb. Bir neçə gündür ki, ərazidə meymun axtarışı davam edir.
Azadlıq aşiqi olan yazıq Meymun kəndə sığınsa da, burada onu rahat buraxmırlar. Meymunu kəndin Qobu ərazisində görənlər olub. Lakin ağadan ağaca tullanaraq, onu tutmaq istəyənlərin əlindən xilas olub. Meymunu görənlərdən biri -balaca məktəbli İsa deyir ki,nə qədər cəhd etsələrdə, onu tuta bilməyiblər
Uşaqlar meymunu tutub, vəd olunmuş məbləği -mükafatı qazanmaq istəyirlər. Əlbəttə, bu iş öz həyət və bağ sahələrindən əziyyətlə fındıq yığıb, onu təhvil verənlərə daha maraqlı görünür.
Meymunun qəfəsdən qaçdığı ilk günlər göydə vertalyotlar da fırlanırdı. Onların da meymun axtarışlatına çıxdığı güman edilir.
...Bunuddan dünən gəlmişəm. Meymundan hələ xəbər yoxdur.
Nazim Nəsrəddinov