Modern.az

Bakı Nəqliyyat Agentliyi sıxlıq müşahidə olunan əraziləri nəzarətə götürdü

Bakı Nəqliyyat Agentliyi sıxlıq müşahidə olunan əraziləri nəzarətə götürdü

16 Sentyabr 2019, 10:16

“İlk dərs günü paytaxt ərazisində sərnişin və nəqliyyat sıxlığının idarəolunması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tədbirləri gücləndirib. Fəaliyyət planına uyğun olaraq sıxlıq müşahidə edilməsi proqnozlaşdırılan məktəbətrafı ərazilər əvvəlcədən müəyyən edilib, nəzarətə götürülüb”.

 

BNA-nın mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, həmin məktəblərin ətrafında yerləşən yol kəsişmələrində svetofor fazalarına müvafiq dəyişikliklər edilib:

“Dayanma-durma qaydalarına nəzarətin gücləndirilməsi məqsədi ilə əməkdaşlar cəlb olunub. Sıxlıq müşahidə edilən ərazilərdən keçən marşrut xətt avtobuslarının fəaliyyətinin təşkili istiqamətində də bir sıra tədbirlər icra edilib. Daşıyıcılar, xətt dəstə rəisləri və dispetçerlər ərazi üzrə təhkim edilib. Verilən tapşırıqların icrasına nəzarət məqsədi ilə Agentliyin mobil qrupları tərəfindən ərazidə montorinqlər keçirilir”.

 

O bildirib ki, səhər saatlarında paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq halları müşahidə edilib:

“Lakin həyata keçirilən tədbirlər (mümkün olan yerlərdə yaşıl dalğa tətbiq etməklə) sayəsində hərəkətin normal təşkili təmin olunub.

KİV, o cümlədən, Avto FM 107.7 vasitəsi ilə əhalinin yollarda müşahidə edilən sıxlıq barədə vaxtında məlumatlandırılması təmin edilib.

Bir daha hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı