Modern.az

Binəqədidə yol polisləri şagirdləri maarifləndirdi

Binəqədidə yol polisləri şagirdləri maarifləndirdi

Aktual

16 Sentyabr 2019, 11:35

 

Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar orta məktəblərdə maarifləndirici aksiyalar keçirib. 

 

Modern.az xəbər verir ki, Şöbə əməkdaşları Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış və maarifləndirici şüarlar əks olunan plakatları rayon ərazisindəki məktəblərin önünə vurublar. 

Yol polisi əməkdaşları müəlllimlər və valideynlərə təbliğat xarakterli söhbətlər aparıb. Yol hərəkəti qaydaları şagirdlərə izah edilib. Valideynlərə tövsiyə olunub ki, avtomobillərini məktəblərin önündə saxlamasınlar. 

 

Şagirdlərə yol polisi tərəfindən hazırlanmış maarifləndirici kitabçalar, müxtəlif hədiyyələr verilib.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?