Modern.az

Payızda bu xəstəliklərə qarşı diqqətli olun!

Payızda bu xəstəliklərə qarşı diqqətli olun!

Aktual

16 Sentyabr 2019, 12:28

Mövsüm dəyişikliyi ilə əlaqədar olaraq bəzi insanlar tez-tez xəstələnirlər. Hətta mütəmadi olaraq yorğun olanlara, uşaq kimi gecə ilə gündüz yuxusunu dəyişik salanlara da rast gəlirik. 

 

Həkim Adil Qeybulla Modern.az-a bildirib ki, mövsüm dəyişikliyi zamanı yaranan rütubət, temperatur, həm də atmosferdə olan təlatümlər insan orqanizminə öz təsirini göstərir.

 

“Orqanizmdə müdafiə və uyğunlaşma reaksiyaları olur. Əlbəttə, bu reaksiyalar bu cür situasiyalarda insanı xilas edir. Amma onlar həddən ziyadə təsirli olduqda bu reaksiyalar özündə pataloji xəstəlikləri daşıyır. Ona görə də insan bunu nəzərə almalıdır. Mövsüm dəyişikliyi zamanı xüsusi fikir veriləsi məqam geyimdir. Çünki payıza doğru getdikcə günün bir yarısı isti, bir yarısı qəfildən soyuqlaşa bilir. Ona uyğun geyim seçimi edilməlidir. Soyuğa qarşı həssas olan adamlar diqqətli olmalıdırlar”.

 

Adil Qeybulla bildirib ki, soyuqdəymə və iltihabi xəstəlikləri olan insanlar daha diqqətli olmalıdırlar.

 

“Payız fəslində yaz aylarında olduğu kimi, xroniki xəstəliklər daha da kəskinləşə bilər. Məsələn, mədə və on iki barmaq bağırsaq xəstəliyi olan insanlar öz həkimləri ilə məsləhətləşməlidirlər. Yaxşı olar ki, hər mövsüm dəyişikliyi zamanı xəstəliyi olan insanlar həkimləri ilə məsləhətləşsinlər. Havalar soyuduqca soyuqdəymə xəstəliklərinin funksiyası, virus xəstəlikləri də getdikcə artır. Biz belə xəstəliklərin hamısına “qrip” deyirik, amma “qrip” bunun xroniki infeksiyasıdır. Qripə yoluxan şəxslər mütləq şəkildə maskalardan istifadə etsinlər. Sovet dövründə infeksion xəstəliyə tutulan şəxslərə yataq rejmi məsləhət görülürdü. Yaxşı olardı ki, bu, indi də davam etdirilsin. Nəzərə alsaq ki, insanların immunitet dərəcəsi olduqca zəifdir, mövsüm dəyişikliyi zamanı xəstəliklərə qarşı zəif düşmə yüksək olur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı