Modern.az

“Qarabağ” - “Sevilya” oyununu bu hakimlər İDARƏ EDƏCƏK

“Qarabağ” - “Sevilya” oyununu bu hakimlər İDARƏ EDƏCƏK

16 Sentyabr 2019, 13:52

Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək "Qarabağ" - "Sevilya" oyunu üçün hakim təyinatları açıqlanıb.

Modern.az xəbər verir ki, matçın baş hakimi Ukrayna Futbol Federasiyasından Yeven Aranovski olacaq. Ona həmyerliləri Semen Şlonçak və İhor Alokin köməklik edəcək.  Dördüncü hakim funksiyasını isə Yaroslav Kozuk yerinə yetirəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ"-"Sevilya" görüşü sentyabr 19-u saat 20:55-də başlayacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi