Modern.az

Konqoda Eboladan ölümlər davam edir: ölənlərin sayı 2 minə çatdı

Konqoda Eboladan ölümlər davam edir: ölənlərin sayı 2 minə çatdı

16 Sentyabr 2019, 15:42

Konqo Demokratik Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən məlumatlara görə, qanaxma ilə müşayiət olunan yüksək hərarətdən əziyyət çəkən 3128 nəfərdən 3017-də Ebola virusu aşkar edilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Eboladan 1984 insan vəfat edib. Dəqiq diaqnoz qoyulmasa belə, qanaxma və yüksək hərarətdən əziyyət çəkən daha 111 nəfərin də ölüm səbəbi kimi Eboladan şübhələndiklərini bildiriblər. Müalicə nəticəsində 948 nəfər sağlamlığına qovuşub. 85 xəstənin müalicəsi hələ də davam etdirilir.

 

Qeyd edək ki, Ebola virusu 2014-2017-ci illər arasında 11 mindən çox can alıb.

 

Qanaxmalı qızdırmaya səbəb olan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və Konqonun Yambuku şəhərlərində eyni vaxtda epidemiya şəklində yayılıb. Konqodakı epidemiya Ebola çayı yaxınlığındakı bir kənddə başladığı üçün xəstəliyə də həmin kəndin adı verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir