Modern.az

Gecə yuxu görən qadın üzüyünü uddu - FOTO

Gecə yuxu görən qadın üzüyünü uddu - FOTO

16 Sentyabr 2019, 16:16

Amerika Birləşmiş Ştatlarında Jenna Evans adlı bir qadının başına maraqlı hadisə gəlib.

 

Modern.az  xarici KİV-ə istinadən xəbər verir ki, Jenna adlı gənc  qadın yatarkən üzüyünü udub. Belə ki, Jenna yuxusunda nişanlısı ilə onun üzərinə hücum edən pis niyyətli  insanlar görür. Çıxış yolunun 2,4 karatlıq briliyant üzüyünü udmaqda olduğunu bilən Jenna heç düşünmədən üzüyü udur.  Yuxudan oyanarkən yaşadıqlarının reallıq olmadığını anlayan qadın xeyli rahatlayıb. Ta ki, üzüyünün barmağında olmadığını anlayanadək.  Jenna üzüyü həqiqətən udduğunu başa düşən kimi  xəstəxanaya gedərək rentgendən keçib.  Rentgen zamanı  məlum olub ki, üzük Jennanın mədəsindədir.  Qısa zaman ərzində Jenna öz üzüyünə qovuşa bilib.

 

Qadın bildirir ki, əvvəllər də yatarkən  problemləri olub, yuxulu halda qeyri-ixtiyari  gəzirmiş. Yuxu terapevtinə müraciət edən Jenna bir müddət  üzüyü çıxarıb yatmaq qərarına gəlib.  Jennanın başına gələn bu hadisə Facebook istifadəçiləri tərəfindən də birmənalı qarşılanmayıb, geniş müzakirələrə səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı