Modern.az

BDU-da Rusiya Dövlət Kitabxanasının virtual oxu zalı açılıb

BDU-da Rusiya Dövlət Kitabxanasının virtual oxu zalı açılıb

15 Fevral 2012, 14:07

Bu gün Bakı Dövlət Universitetində Rusiya Dövlət Kitabxanasının Virtual Oxu Zalı açılıb. Bu barədə Modern.az-a BDU-nun Mətbuat və İnformasiya şöbəsindən xəbər verilib.
MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun dəstəyi ilə “Dostluğun günbəzləri: kitabxanalar” meqa layihəsi çərçivəsində həyata keçirilən  “MDB dövlətlərinin aparıcı ali təhsil məktəblərinin kitabxanalarında və milli kitabxanalarda Rusiya dövlət kitabxanasının dissertasiyaların Elektron kitabxanalarının Virtual Oxu Zalları” layihəsi çərçivəsində açılan Virtual Oxu Zalı BDU-ya Rusiya Dövlət Kitabxanasının dissertasiyalarının Elektron kitabxanasından bir təqvim ili müddətində istifadə etmək imkanı verəcək.     

Virtual Oxu Zalının açılışında iştirak etmək məqsədilə Rusiya Dövlət Kitabxanasının Baş Direktoru Aleksandr Vislovun başçılıq etdiyi nümayəndə heyəti BDU-da olub. Nümayəndə heyətini qəbul edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov Elektron kitabxanaların yaradılmasının çox vacib məsələ olduğunu qeyd edərək BDU-nun Kitabxanaçılıq və informasiya fakültəsində tətbiq olunan yeniliklərdən söhbət açıb.    

Rusiya Dövlət Kitabxanasının Baş Direktoru A.Vislov, öz növbəsində, Rusiyada da bu problemin çox aktual olduğunu diqqətə çatdırıb və problemin həlli ilə əlaqədar öz təcrübələrini bölüşüb.   

Qeyd edək ki, Virtual Oxu Zalı Rusiya Dövlət Kitabxanasının ölkəmizdə açdığı ikinci zaldır. 


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir