“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Azərbaycan Radiosunda Bədii Şura yaradılıb.
Bu barədə Modern.az-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Bədii Şuranın tərkibi də artıq müəyyən olunub. Bunlar aşağıdakı şəxslərdir:
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən AzTV-də artıq 8 aydır ki TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə toplanır və müzakirələr aparır.
Bildirilir ki, radioda yaradılan Bədii Şura da 2 aydan bir toplanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.
Qeyd edk ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də yeni mövsümdə daha bir sıra yeniliklərə start verilir.