Modern.az

Nazirlərin görüşü ərəfəsində Yerevan provakativ addımlar atır

Nazirlərin görüşü ərəfəsində Yerevan provakativ addımlar atır

Aktual

17 Sentyabr 2019, 11:58

"Belə fikir var ki, BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin".

Modern.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib.

O bildirib ki, Ermənistan tərəfindən danışıqlar prosesinin pozulması istiqamətində provakativ addımlar atır.

"Bu mənada Azərbaycan tərəfinin mövqeyi həmsədlərə və Ermənistan tərəfinə çatdırılacaq".

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü Nyu-Yorkda gözlənilsə də, tarix hələ ki açıqlanmayıb.  H.Hacıyev  bildirib ki, tərəflər qarşılıqlı şəkildə razılaşdırdıqdan sonra Xarici İşlər Nazirliyi səviyyəsində görüş barədə ictimaiyyətə məlumat verəcək.

BMT-nin 74-cü sessiyası sentyabrın 17-də başlayacaq.  ABŞ-ın Nyu-York şəhərində keçiriləcək 74-cü sessiyada Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. Nazirin sentyabrın 28-da çıxışı da nəzərdə tutulur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi